İlin əvvəlindən indiyədək Azərbaycan vətəndaşları 193 milyon manat istehlak kreditləri götürüblər. FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı hesabatda bildirilir.
AMB-nın hesabatına görə, 2018-ci ilin ilk 5 ayında ölkə banklarının kredit qoyuluşları cəmi 11 milyard 945,5 milyon manat təşkil edib. Bu ilin əvvəliylə müqaisədə 187,7 mln manat çoxdur.
Bu dövrdə ticarət və xidmət sektoruna verilən kreditlər 1 998,8 mln manat təşkil edib. Bu sahəyə qoyulan kreditlər ümumi kreditlərin 16,7 %-dir. İlin əvvəlinə nisbətən bu sahəyə verilən kreditlər 70,4 mln manat azalıb.
Energetika, kimya və təbii ehtiyatlar sektoru üçün ayrılmış kredit 302,6 mln manatdır. Bu isə ümumi kreditlərin 2,5 % təşkil edir. İlin əvvəliylə müqaisədə bu göstərici 12,9 mln manat azalıb.
Kənd təsərrüfatı və emal sahəsinə ayrılan kreditlər isə artıb. Statistikaya görə, ilk 5 ayda bu sahəyə verilən kreditlər 466,1 mln manatdır, bu məbləğ ümumi kreditlərin 3,9 % təşkil edir. İlin əvvəliylə müqaisədə kreditlərin həcmi 36,9 mln manat çoxalıb.
İnşaat və əmlak sektoruna qoyulan kredit lər isə 510,2 mln manat olmaqla, bu məbləğ bütün kreditlərin 4,3 % təşkil edir və ilin əvvəlinə nisbətən 36 mln manat azdır.
Sənaye və istehsal sektoruna qoyulan kredit məbləği 691,7 mln manatdır. Bu məbləğ ümumi kredtitlərin 5,8 % təşkil edir. İlin əvvəlindən bəri 70,5 mln manat azalıb.
Nəqliyyat və rabitəyə ayrılan kredit 1101,4 mln manatdır. Bu isə bütün kreditlərin 9,2 % təşkil edir. İlin əvvəliylə müqaisədə 25,3 mln manat azdır.
Ev təsərrüfatlarına verilən kredit 4 799,9 mln manatdır və ilin əvvəlindən bəri 193,4 mln manat çoxalıb. Ümumilikdə bu sahəyə qoyulan kredit bütün kreditlərin 40,2 % təşkil edir.
Digər sektorlar üçün ayrılan kredit 364,1 mln manat təşkil edib. Bu məbləğ ümumi kreditlərin 3,1 % təşkil edir.
Əhali ürəklə kredit götürməyə başlayıb - HESABAT
15:50
9 İyul 2018