2019-cu ilin 7 ayı ərzində Dövlət Gömrük Komitəsinin xəttilə dövlət büdcəsinə 2 milyard 478 milyon 555 min manat daxil olub.
FED.az Komitənin aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 537 milyon 397 min manat və ya 27,7% çoxdur.
2018-ci ilin 7 ayı ərzində Dövlət Gömrük Komitəsinin xəttilə dövlət büdcəsinə 1 milyard 941 milyon 158 min manat daxil olmuşdu.