Cari ilin yanvar-may aylarında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 1 milyard 733 milyon 497 min manat olub.
ELƏCƏ DƏ BAX : Azərbaycanın xarici ticarət dövriyyəsi - ARTIB
Komitədən bildirilib ki, beş ayda gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 403 milyon 938 min manat, əlavə dəyər vergisi üzrə 1 milyard 196 milyon 511 min manat, aksizlər üzrə 116 milyon 204 min manat, yol vergisi üzrə isə 16 milyon 842 min manat təşkil edib.