Azərbaycan Mərkəzi Bankı 2 avqust tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan FED.az-a verilən məlumata görə, avqustun 2-nə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7000 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi 1,9802 manat təşkil edir.
1 türk lirəsi 0,3411 manat, 1 rus rublu 0,0270 manat, 100 İran rialı 0,0039 manat, 1 gürcü larisi isə 0,6942 manatdır.