Türkiyədə dollar yenidən bahalaşmaqdadır.
FED.az "Bloomberg"ə istinadən xəbər verir ki, gun ərzində dolların məzənnəsi 4%dən çox artaraq artaraq 5,5033 olub. .
Ümumilikdə isə son 1 ildə türk lirəsi dollar qarşısında 50% ucuzlaşıb.
Dolların bahalaşmasının səbəbi Türkiyədən ABŞ-a gedən nümayəndə heyətinin danışıqları ilə bağlı yayılan xəbərlər olub.
ABŞ mətbuatı "danışıqlarda irəliləyiş qeyd edilmədiyini və bir nəticə çıxmadığını" yazıb.
"Wall Street Journal" qəzeti ABŞ rəsmilərinə istinadən yaydığı xəbərində, Trampın komandasının başda Türkiyə hökumətinin rəsmilərinə sanksiya tətbiq edilmək daxil bəzi yeni addımlar atacağı iddia edilib.