Ukraynada 2013-cü ilin sonunda üsyanlarla başlayan, 2014-cü ilin Fevral ayında Krımın Rusiya tərəfindən ilhaq edilməsi ilə davam edən və qısa müddətdə şərq şəhərlərində daxili qarışıqlığa çevrilən böhran, ölkənin iqtisadi vəziyyətinə də mənfi əks olundu.
FED.az xəbər verir ki, ancaq bu böhran şəraitindən çıxan bir göstərici var: Qrivna. Ölkənin pul vahidi, beynəlxalq xilasetmə paketinin bir ildən çox müddətdir dondurulmuş olmasına, hətta maliyyə nazirinin ötən həftə qovulmasına baxmayaraq, inkişaf edən ölkələrin valyutaları arasında dollar qarşısında ən yaxşı performans göstərən pul vahidi olub.
Qrivna, Gürcüstan Larisi və Kolombiya Pesosunu keçərək dollar qarşısında ilin əvvəlindən bu yana 7,7 faiz möhkəmlənib.
Ukrayna Mərkəzi Bankı sədrinin müavini Oleq Çuriyə görə, işin sirri, cari kəsirin bağlanması üçün qısamüddətli kapital axınlarına bel bağlamamaqdır.