Bu gün Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə "FAME PRO" MMC arasında əməkdaşlıq müqviləsi bağlanmışdır.
FED.az xəbər verir ki, bunu şirkətin direktoru Fərid Rüstəmov bildirib.
Müqaviləyə əsasən Cəmiyyət Fondun ipoteka kreditləri və eləcə də kredit zəmanətləri üzrə girov predmetlərinin qiymətləndirilməsi işini həyata keçirmək üçün müvəkkil təşkilatlar siyahısına əlavə edilmişdir.
"Müvəkkil şirkətlər siyahısına daxil edilməkdə Şirkətimizə göstərilən etimada görə başda rəhbərliyi olmaqla Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fonduna təşəkkürümüzü bildirir, təcrübəli komandamız sayəsində milli və beynəlxalq standartlara uyğun fəaliyyətimizi yüksək peşəkarlıqla davam etdirəyəcəyimizi bəyan edirik. Fondun digər bazar iştirakçıları olan bankların və sığorta şirkətlərinin bizə mürciət edəcək hər bir müştərisinə keyfiyyətli, operativ və müasir tələblərə uyğun xidmət göstərməkdən qürur duyacağıq",- deyə Fərid Rüstəmov bildirib.
Qeyd edək ki, müvəkkil təşkilatları barədə məlumatları Fondun www.mcgf.az rəsmi internet səhifəsindən əldə etmək olar.