Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) korporativ üzvləri siyahısına daha bir təşkilat qoşulub. FED.az xəbər verir ki, iyulub 9-da “Ziraat Bank ” ASC və ARPA arasında üzvlük müqaviləsi imzalandı. Bununla da, APRA-nın korporativ üzvlərinin sayı 18-yə çatıb.
Qeyd edək ki, ARPA-nın “fərdi üzvlük”, “korporativ” və “fəxri üzvlük” paketləri mövcuddur. Üzvlüklə bağlı paketlərlə tanış olmaq üçün (http://arpa.org.az/az/one-page/) qeyd olunan keçid linkindən istifadə edə bilərsiniz.
Xatırladaq ki, ARPA 2009-cu ildən fəaliyyət göstərir. Qurumun məqsədi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan vermək və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə verməkdir. ARPA-nın hazırda 1000-dən çox fərdi, 18 korporativ üzvü var.
Daha bir bank ARPA-nın üzvü oldu
00:45
14 İyul 2018