“Azərbaycan Çimərlik Voleybolu Assosiasiyası” İctimai Birliyi ləğv prosesində olan “Dəmirbank” ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunu məhkəməyə verib.
FED.az xəbər verir ki, birlik “Dəmirbank” ASC-nin kreditor reyestrində bankın kreditoru təsviyəçi Hümbətov Fəxrəddin Azad oğluna ötürülməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinə ərizə ilə müraciət edib.
Eləcə də bax: Bankın müştərisi əmanətini necə geri aldı? - «DEDİLƏR MƏHKƏMƏYƏ GETMƏYİN»
Hazırda müraciətə Bakı Apellyasiya Məhkəməsində baxılır.
Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 22 dekabr 2017-ci il tarixli qərarına əsasən, “DəmirBank” ASC-nin lisenziyası 23 dekabr 2017-ci ildən etibarən ləğv edilib.