"Viza Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 1 milyon 120 min manat və yaxud 4,2 dəfə artıraraq 350 min manatdan 1 milyon 470 min manata çatdırıb.
FED.az xəbər verir ki, kapital artımı maliyyə qurumunun 2 təsisçisindən birinin - Ceyhun Mehdizadənin vəsaiti hesabına baş tutub.
Son nəticədə onun BOKT-un nizamnamə kapitalındakı payı 175 min manatdan 1 milyon 295 min manata və yaxud 50%-dən 88,1%-ə çatıb. Əvəzində digər təsisçi Yaşar Məmmədovun payı 50%-dən 11,9%-ə düşüb.