“Azərbaycan Kredit Bürosu” MMC (AKB) fəaliyyətə başlayandan bu il oktyabrın 1-nə qədər 1,24 milyona yaxın sorğunu cavablandırıb.
FED.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Elçin Həbibov məlumat verib.
Onun sözlərinə görə, Büro kredit tarixlərinin açıqlanması ilə yanaşı skorinq xidməti də göstərir və bu xidmətdən istifadə getdikcə artmaqdadır.
“Hələlik bu xidmət ödənişsiz təqdim olunur. Aylar üzrə skorinqdən istifadə ümumi xidmətlərdə payı artır. Ən son bu ilin sentyabr ayında bu nisbət 53% təşkil edib”, - deyə o, qeyd edib.
marja.az
Büro indiyədək 1,24 milyona yaxın sorğuya cavab verib

10:53
24 Noy 2018