Bu ilin may ayında Venesuelada inflyasiyanın illik səviyyəsi 24 600% təşkil edib.
FED.az xəbər verir ki,, bu barədə ölkənin Milli Assambleyası məlumat yayıb.
Məlumata əsasən, təkcə mayda Venesuelada qiymətlər 110%, yəni 2 dəfədən çox artıb. Ölkənin milli valyutası bolivar son 1 ildə ABŞ dolları qarşısında dəyərini 98% itirib.