Braziliya və Argentina ortaq valyutadan istifadə üçün hazırlıqlara başlayıb.
İran valyutası rekord həddə düşüb - YENİ MƏZƏNNƏ
FED.az xəbər verir ki, bu barədə Financial Times-ın (FT) xəbər yayıb.
Xəbərdə iki ölkə liderlərinin bu həftə hazırlıqların başlaması ilə bağlı açıqlama verəcəyi qeyd edilib.
FT rəsmilərə istinadən xəbər verir ki, Braziliya yeni pul vahidi üçün "sur" (cənub) adını təklif edib və ümumi valyuta bu həftə Buenos-Ayresdə keçiriləcək sammitdə müzakirə olunacaq. Birgə yeni valyuta ilə iki ölkənin regional ticarəti gücləndirməyi və ABŞ dollarından asılılığı azaltmağı hədəflədiyi bildirilir.
Argentinanın maliyyə naziri Sergio Massa Financial Times-a deyib: "Ümumi valyutanın yaradılması üçün zəruri olan maliyyə məsələləri və mərkəzi bankların rolu kimi zəruri parametrləri araşdırmaq üçün qərar veriləcək".
Başlanğıcda ikitərəfli layihə olaraq başlayan təşəbbüs daha sonra digər Latın Amerikası ölkələri də dəvət edilərək genişləndiriləcək.
Braziliya və Argentina ilk dəfə 2019-cu ildə ortaq valyuta yaratmaq təklifini gündəmə gətiriblər. Braziliya Mərkəzi Bankının bu təklifə etirazından sonra heç bir irəliləyiş əldə olunmamışdı. (Marja)