İran valyutası rial Avropa İttifaqının İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və ayrı-ayrı rəsmilərə qarşı sanksiyaları səbəbindən dollar qarşısında rekord minimuma düşüb.
FED.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, İranda "Qara bazar"da dolların məzənnəsi 430,5 min rialdan 447 min riala yüksəlib.
Dolların bahalaşmasının səbəblərindən biri xarici valyuta və qızıl almaqla əmanətlərini qorumağa çalışan iranlılar arasında ona tələbatın kəskin artması olub.
İranda ümummilli etirazlar başlayandan rial 29% dəyərini itirib. Həmçinin, dəyərin aşağı düşməsinə Qərbdən Tehrana siyasi təzyiqlər və neft tankerlərinə məhdudiyyətlərin qoyulması səbəb olub.