Son bir sutka ərzində, dünyanın əsas kriptovalyutası sayılan Bitcoin ucuzlaşıb.
FED.az xəbər verir ki, Bitcoin bu gün 0,21% düşərək 6 289 dollar olub.
Bitcoin Cash və Etherum bahalaşıb.
Belə ki, Bitcoin cash 0,31% artaraq 445 dollar, Etherum da 3,08% yüksələrək 199 dollar təşkil edib.
Ümumilikdə isə bazar dəyərinə görə dünyanın 100 əsas kriptovalyutasından 20-i bahalaşıb qalan 80-i isə ucuzlaşıb.
Hazırda kriptovalyuta bazarının ümumi dəyəri 201 993 110 154 $ -dır.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir