2023-cü ilIn birinci rübündə Hesablama Palatasının saxlanması xərcləri 1 milyon 900,767 min manat təşkil edib.
Hesablama Palatası: “Azərsu” 72 mln. dollarlıq layihəni səmərəsiz icra edib
FED.az xəbər verir ki, bu barədə Palatadan məlumat verilib.
Hesablama Palatasının 2023-cü il üçün xərclər smetası 10 milyon 638,586 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, vəsaitlərin 17,9%-i istifadə olunub.
Yanvar-mart aylarında vəsaitlərin əsas həcmi Hesablama Palatası işçilərinin əməkhaqqının ödənilməsinə yönəldilib. Bu məbləğ 1,289 milyon manat və ya birinci rüb ərzində Palatanın bütün xərclərinin 67,9%-ni təşkil edib.
Bundan başqa, məcburi dövlət sosial sığorta haqları 313,579 min manat, əməyin ödənişi ilə bağlı digər pul ödənişləri 125,163 min manat, ölkədaxili ezamiyyə xərcləri 23,774 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib. (İnterfaks-Azərbaycan)