Avqustun 29-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101270S dövlət qeydiyyat nömrəli, 200 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Hərrac zamanı 9 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) ilə 99.3812 AZN (8.01%) arasında olan 16 sifariş təqdim edilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 347 460 600AZN olub.
AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində yerləşdirilmiş istiqrazların ortaçəkili qiyməti 99.3812 AZN (8.01%), istiqrazların yerləşdirilmiş həcmi isə 200 000 000 AZN təşkil edib.
Notların ödəmə tarixi 26.09.2018.
Banklar 28 günlük notlara maraq göstərirlər – HƏRRACIN NƏTİCƏSİ
16:56
29 Avq 2018