"İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsi aparılıb.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) FED.az-a verilən məlumata görə, qurumun nəzdində fəaliyyət göstərən Hüquqi Məsələlər üzrə Ekspert Qrupunun növbəti iclası keçirilib.
ELƏCƏ DƏ BAX: Tikintidə müfəssəl plan tələbinin tətbiqi müddəti – DƏYİŞDİ
İclas "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərin maddələr üzrə müzakirəsinə həsr olunub.
Qeyd edək ki, Azərbaycan Banklar Assosiasiyası 1990-cı ildə kommersiya bankları tərəfindən təsis edilib. Assosiasiyanın əsas məqsədi üzv təşkilatların maraqlarını qorumaq, onların müxtəlif növ işgüzar xidmətlərə olan ehtiyaclarının ödənilməsinə yardım göstərmək və fəaliyyətlərini əlaqələndirməkdir. Hazırda 29 bank və 3 qeyri-bank təşkilatı Azərbaycan Banklar Assosiasiyasının üzvüdür.