Ötən il Bakıda bir sıra yaşayış binalarının sakinlərinin köçürülməsi üçün verilən birdəfəlik maddi yardımın məbləği açıqlanıb.
Bakıda bütün - KÖHNƏ BİNALAR SÖKÜLƏCƏK
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrasına dair illik hesabat”da yer alıb.
Qeyd edilib ki, Bakı şəhərində bir sıra yaşayış binalarının sakinlərinin köçürülməsi məqsədilə birdəfəlik maddi yardımın verilməsi üçün 16,0 milyon manat xərclənib. (Apa)