Azərbaycanın istilik enerjisi üzrə vahid operatoru «Azəristiliktəchizat» ASC maliyyə problemlərindən çıxa bilmir. FED.az şirkətin açıqladığı 2017-ci il üzrə maliyyə hesabatına istinadən xəbər verir ki, «Azəristiliktəchizat» ASC ötən ili də böyük zərərlə başa vurub.
Hesabatda bildirilir ki, şirkətin demək olar ki, bütün aktivlərində azalma var. Torpaq, tikili və avadanlıq ehtiyatı ötən ilə nisbətən 6 334 799 manat azalaraq 157 milyon 149 min 379 manat olub.
Lakin bu il ötən ilə nisbətən ehtiyatlarda artım olub, son bir ildə ehtiyatlar 916 714 manat artaraq 4 115 472 manat olub.
Ötən il şirkət debitor borclarının6 bir hissəsini yığa bilib. «Azəristiliktəchizatın debitor borcları 2 859 121 manat azalaraq 11 292 090 manat olub.
Ümumilikdə cəmi aktivlər ötən illə müqayisə də 8 923,545 manat azalaraq 182 287 509 manat olub.
Şirkət artıq ikinci ildir ki, zərərdədir. 2016-cı ildə «Azəristiliktəchizatın zərəri 117,3 milyon manat olduğu halda, 2017-ci ildə bu məbləğ 18,8 milyon manat artaraq 136 107 797 manata çatıb.
Ümumən cəmi kapital ötən il 103 404 517 manat idisə bu il 19 695 377 manat azalaraq 83 709 140 manat olub.
2017-ci ildə Nizamnamə kapitalında ciddi artım olub, ötən il 19,266 milyon manat olduğu halda, bu il 117 419 manat artaraq 136 684 980 manat olub.
«Azəristiliktəchizat»ın vergi borcları azalıb. Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər 427 425 manat azalaraq 948 763 manata düşüb.
Ümumən cəm kapital və öhdəliklər ötən il 191 211 054 manat idisə bu il 182 287 509 manat olub.
“Azəristilik təchizat” ASC böyük zərərdədir – HESABAT
13:40
7 İyul 2018