“Azərişıq” ASC nizamnamə kapitalının artırılması üçün 2023-cü ildə dövlət büdcəsindən 170 milyon manat məbləğində vəsait alacaq.
Prezident 36,6 milyard manatlıq - BÜDCƏNİ TƏSDİQLƏDİ
FED.az xəbər verir ki, bu barədə hökumətdən məlumat verilib.
2022-ci ilin sonuna ASC-nin nizamnamə kapitalı 1 milyard 678,705 milyon manat təşkil edib.
Beləliklə, “Azərişıq” ASC-nin nizamnamə kapitalı 10,1% - 1 milyard 848,075 milyon manata qədər artırılacaq.
Alınan vəsait Qarabağ və Şərqi Zəngəzurda enerji təchizatı sisteminin yenidən qurulması işlərinə (120 milyon manat) və Azərbaycanda elektrik paylayıcı şəbəkənin yenidən qurulmasına (50 milyon manat) yönəldiləcək.
“Azərişıq” ASC-nin funksiyasına Azərbaycan Respublikasının ərazisində elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatı daxildir.(İnterfaks-Azərbaycan)