Bildirilib ki, 2018-ci ildə 45 490 unsiya qızıl və 77 340 unsiya gümüş hasil edilib. Bundan əlavə, aparılan optimallaşdırma işlərinin nəticəsi olaraq qırma-ələmə sahəsinin istehsal gücü saatda 100-150 tondan 200-250 tona çatdırılıb. Eyni zamanda, müasir texnologiyaların tətbiqi və optimallaşdırma işlərinin nəticəsi olaraq kimyəvi reagentlərin istifadəsi 20-30% azaldılaraq hasilatda keçən ilə nisbətən 33% artıma nail olunub.
Laboratoriyada aparılan analizlərin dünya standartlarına uyğunlaşdırılması üçün müasir texnologiya olan PAL 1000 sisteminin istifadəsinə başlanılıb.
Daha sonra tədbir hasilat işlərinin daha da optimallaşdırılması, Çovdar yatağının istismar müddətinin uzadılması, Tülallar və Ağyoxuş qızıl təzahürləri sahələrində aparılan işlər, 2019 və 2020-ci illər üzrə istehsalat proqnozları ətrafında geniş müzakirələrlə davam edib.
Eləcə də bax: Gündə 1000 köynək istehsal edə biləcək - GEYİM ŞİRKƏTİ YENİ BİNADA