Pul, Forex, bazarından fərqli olaraq Crypto valyutalar daha volatildir, buna səbəb isə, ortada hansısa bir requlatorun olmamasıdır.
FED.az-ın məlumatına görə, bunu “7Marketz Group” holdinqinin həmtəsisçisi və icraçı direktoru Yaqub Rəhimov deyib.
ELƏCƏ DƏ BAX: Bitcoin 1 günə 400 dollar bahalaşdı
Y. Rəhimov bildirib ki, Türk lirəsi dəyər itirdikdə Türkiyə Mərkəz Bankı öz aktivlərini sataraq Türk Lirəsinə dəstək olmağa çalışır: “Buna səbəb Türk lirəsinin mərkəzləşmiş olması və Türkiyə Mərkəzi Bankının onun qiymətinə nəzarət etməsidir. Lakin Bitcoin və digər əsl coinlərlə bağlı hansısa mərkəzi orqan yoxdur. Düzdür, deyə bilərsiniz ki, minlərlə mayner buna nəzarət edir. Lakin bu maynerlər mərkəzi bir qrum deyil. O ki qaldı bitkoinin ucuzlaşmasının səbəblərinə, hazırda bazarın bu qədər qeyri-stabil olmasına səbəb Bitcoin Cash və maynerlər arasında olan çaxnaşmadır. Eyni zamanda Çin hökuməti ölkədə olan maynerləri təzyiq altında saxlayır. Bu təzyiqlər həm vergi, həm elektrik, həm də leqal olaraq öz əksini tapır. Bununla yanaşı , qiymətlərin aşağı olması aynerlərin bəzilərinin əllərində olan bitcoinləri tələsik satmağa sövq edir. Hazırda əksər maynerlər kredit götürərək öz mayninq kompyuter qurğularını alıblar. Bu, ümumi maliyyə bazarında "Cutting the Loss" adlanır”.
Azərbaycanlı bitkoin sahibi ucuzlaşmanı – DƏYƏRLƏNDİRDİ
20:29
26 Noy 2018