Azərbaycan Mərkəzi Bankı (AMB) 2019-cu ilin ilk yarısı üzrə tədiyyə balansının göstəricilərini açıqlayıb. FED.az xəbər verir ki, sənədə əsasən, ilk yarım ildə tədiyyə balansının ümumi saldosu 3,6 milyard dollar təşkil edib.
Bu ötən ilin eyni dövrü ilə müqayisədə 50% artım deməkdir. Xatırladaq ki, 2018-in ilk 6 ayında tədiyyə balansının müsbət saldosu 2,4 milyard dollar idi.
Sənəddə qeyd edilir ki, 2019-cu ilin ilk yarım ilində tədiyə balansının ümumi profisiti həm neft qiymətinin yüksək olması, həm də Cari Əməliyyatlar Balansında yaranmış müsbət tendensiyalar hesabına formalaşıb. Cari Əməliyyatlar Balansında yaranmış 3.1 mlrd.$-lıq profisit ehtiyat aktivlərinin 3.6 mlrd.$ artmasını şərtləndirib.
İlk yarım ildə xarici ticarət balansında 4.9 mlrd.$-lıq (ötən ilin eyni dövrü ilə müqayiçədə 2.6% az) profisit yaranıb. Bu dövrdə xidmətlər balansında 1,2 milyard manat kəsir yaranıb ki, bu da ötən illə müqayisədə 30,5% artıqdır. İlkin gəlirlər balansında isə kəsir ötən illə müqayisədə 6.1% azalaraq 850.3 mln.$ təşkil edib.