Eləcə də bax: AZAL Amerikaya uçuşları dayandırır - ŞİRKƏTDƏN AÇIQLAMA
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2019-cu ilin ilk 4 ayı üzrə açıqladığı “İxrac İcmalı”na görə, bu dövrdə Rusiyaya 165 milyon, Türkiyəyə 148 milyon, Gürcüstana 62 milyon, İsveçrəyə 45 milyon və İtaliyaya 22 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2019-cu ilin ilk dörd ayında Rusiyaya qeyri-neft ixracı 22 faiz, Türkiyəyə 16 faiz, Gürcüstana 19 faiz, İsveçrəyə 13 faiz, İtaliyaya ixrac isə 2 dəfə artıb
