Bu ilin yanvar ayında Azərbaycan əhalisi banklardan nağd Rusiya rublunun alışını illik ifadədə 2,3 dəfə azaldaraq 139 milyon 390 min rubla endirib.
Eləcə də bax: Əhalinin dollara tələbatı - 10 Aylıq Maksimuma Çatıb
Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalara görə, ölkədə yanvar ayında rubla tələbat 2015-ci ilin oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. 2020-ci dekabr ayı ilə müqayisədə nağd rubl alışı 17,7% azalıb.
Bundan əlavə, cari ilin yanvar ayında ölkə əhalisinin banklara satdığı nağd rubl kütləsinin ümumi həcmi 1 milyard 9 milyon rubl təşkil edib ki, bu da aylıq müqayisədə 26,4%, illik ifadədə isə 13% azdır. (APA)