2018-ci il ərzində qiymətli kağızlar bazarında ümumilikdə 24 milyard 554.8 milyon manat həcmində əməliyyat aparılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 56.2% daha çoxdur.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaydığı məlumata görə, əməliyyatların 58.7%-i (14 milyard 407.9 milyon manat) ilkin bazarda, 41.3%-i (10 milyard 146.9 milyon manat) isə təkrar bazarda aparılıb.
2017-ci illə müqayisədə qiymətli kağızlarla 11.9 dəfə daha çox repo əməliyyatları aparılıb. Hesabat dövrü ərzində aparılmış repo əməliyyatlarının həcmi 611.8 milyon manat (bunun da 95.5%-i və ya 584.2 mln. manatı dövlət qiymətli kağızları ilə) olub.
Hesabat dövründə ümumilikdə 16 milyard 599.1 milyon manat həcmində (205 sayda qeydiyyat) qiymətli kağızların dövlət qeydiyyatı aparılıb.