Azərbaycan Mərkəzi Bankı (AMB) əsas monetar göstəriciləri açıqlayıb. FED.az AMB-ə istinadən məlumat verir ki, avqustun 31-ə ölkə üzrə pul bazası 8 milyard 318,2 milyon manat təşkil edib. Bu bir ay əvvəllə müqayisədə 570,7 milyon manat azdır.
Başqa sözlə, bir ay ərzində pul bazası yarım milyard manatdan artıq azalıb.
İlin əvvələ ilə müqayisədə isə pul bazası 225 milyon manat azalıb.
Maraqlıdır ki, hazırki göstəriciyə görə, pulu bazası son bir ildə ən aşığı həddədir. Sonuncu dəfə pul bazasının belə səviyyəsi 2017-ci ilin iyunun sonunda olmuşdu.
Yeri gəlmişkən, hazırki məzənnəyə (1 dollar = 1,70 manat) əsasən, bu pul bazası 4 milyard 893 milyon dollara ekvivalentdir.
Bununla bağlı ən böyük göstərici 2013-cü ilin sonunda, devalvasiyaya hələ 1 il qalmış qeydə alınıb. Həmin vaxt iqtisadiyyatdakı pul kütləsi 11 milyard 641,9 milyon manat idi ki, bu da həmin vaxtkı məzənnəni (1 dollar = 0,78 manat) nəzərə aldıqda 14 milyard 926 milyon dollara ekvivalentdir.
Bununla bağlı ən aşağı göstərci isə 2016-cı il yanvarın sonunda qeydə alınmışdı. Həmin vaxt pul bazası 5 milyard 787,4 milyon manat təşkil edirdi ki, bu da həmin dövrdəki məzənnəni nəzərə aldıqda 3 milyard 615 milyon dollara ekvivalentdir.
Pul bazasının aşağı həddə saxlanması, ölkədə nağd pul kütləsinin məhdudlaşdırılması və sair belə addımlar ölkədə inflyasiyanı aşağı həddə saxlamaq istəyi ilə bağlı olsa da, iqtisadi inkişafı tormozlayan əsas amillərdəndir.
Tarix | mln. AZN |
---|---|
31.08.2018 | 8318.2 |
31.07.2018 | 8888.9 |
29.06.2018 | 8588.0 |
31.05.2018 | 8404.4 |
30.04.2018 | 8413.0 |
30.03.2018 | 9471.0 |
28.02.2018 | 9180.6 |
31.01.2018 | 8761.6 |
29.12.2017 | 8543.2 |
30.11.2017 | 8686.8 |
31.10.2017 | 8531.6 |
30.09.2017 | 8671.2 |
31.08.2017 | 8468.4 |
31.07.2017 | 8332.9 |
30.06.2017 | 8274.5 |
31.05.2017 | 7788,7 |
28.04.2017 | 7628.1 |
31.03.2017 | 7277.5 |
28.02.2017 | 6987,0 |
31.01.2017 | 7331.7 |