Noyabrın 22-23-də Bakıda 9-cu Azərbaycan Mikromaliyyə konfransı keçiriləcək. Bu barədə FED.az-a konfransın təşkilatçısı olan Azərbaycan Mikromaliyyələşmə Assosiasiyasından (AMFA) bildirilib.
Konfransda banklar, bank olmayan kredit təşkilatları, kredit ittifaqlarının nümayəndələri, yerli və xarici və qonaqlar iştirak edəcək.
Konfransda aşağdakı mövzuların müzakirə olunacağı gözlənilir:
- Mikromaliyyə: Böhrandan Öyrənilmiş Dərslər və Mikromaliyyə sektoru növbəti on illiyə hazırdımı?
- Məsuliyyətli kreditləşmədə və həddindən artıq borclanmadan qorumaqda kredit informasiyası: Özəl Kredit Büronun rolu
- Mikrokreditləşmənin rəqəmsallaşması: Çətinliklər və İmkanlar
- Azərbaycan Respublikasında kənd təsərrüfatı sığortası: İmkanlar və Perspektivlər
- Mikromaliyyə Təşkilatlar üçün alternativ maliyyələşmə alətləri
Qeyd edək ki, maliyyə sektorunun nümayəndələri buraya həm iştirakçı, həm də sponsor kimi qatıla bilərlər. FED.az xəbər verir ki, konfransda iştirakçı kimi qediyyatdan keçmək üçün AMFA üzvləri 300 manat, qeyri AMFA üzvləri 350 manat, beynəlxaq iştirakçılar 300 avro və ya dollar ödəməlidilər. Tədbirdə çıxış etmək üçün əlavə ödəniş isə AMFA üzvləri üçün 250 manat, qeyri AMFA üzvləri 300 manat, xarici beynəlxaq iştirakçılar üçün isə 250 avro və ya dollardır. Konfransda 150-200 nəfərin iştirkı planlaşdırılır.
Konfransda Əmakdaşlıq paketləri