Azərbaycan banklarının kredit portfeli böyüməkdədir. FED.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, iyunun 1-i tarixinə bank kreditlərinin məbləği 11 milyard 945,5 milyon manat təşkil edib.
Bu göstərici bir ay əvvəllə müqayisədə 129,7 mlyon manat və ya 1,1% artıqdır.
İlin əvvəlindən indiyədək isə bankların kredit portfelində 187,7 milyon manat və ya 1,6% artım var.