Azərbaycanda ortamüddətli dövr üçün elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planı hazırlanacaq.
FED.az APA-ya istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 12 iyul tarixli 1645-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabinetinə ortamüddətli dövr üçün elektron mühasibatlığın tətbiqinin genişləndirilməsinə dair Tədbirlər Planının layihəsini 2019-cu il noyabrın 1-dək hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.