Bəzi banklar 500-lük avronu xırdalamır, kiçik nominallı avro əskinasları almaq çətinləşib
Əhali banklardan aşağı nominallı Avro əskinasları almaqda çətinlik çəkir.
Məsələn, Cavid İsmayılov adlı oxucu müraciətində bildirib ki, cari hesabındakı 2000 avro vəsaiti kiçik nominallar ilə ala bilməyib:
“Kapital Bankdakı cari hesabımda 2000 avro var. Getmişəm çıxartmağa, yalnız 500-lük avro verir. Deyirəm “2000 avronu 500-lük ilə deyil, xırda ilə verin, gələn ildən bu pul dövriyyədən çıxır”, bankdan mənə “rəhbərliyin göstərişidir, xırda ilə verə bilmərik” cavabını verdilər. İkinci bir yol vəsaiti AZN ilə almaqdır”.
Cavid İsmayılovun sözlərinə görə, əksər banklar 500-lük avronu daha aşağı nominallı avro əskinaslara xırdalamırlar:
"500-lük avronun daha kiçik nominallı əskinaslara xırdalanmaması insanları avrolarını Manata dəyişdirməyə məcbur edir. Ya Manata çevirəsən, ya da 500-lük avro əlində qalacaqdır”.
İddianı dəqiqləşdirmək üçün bir neçə bankla əlaqə saxlanılıb.
“Kapital Bank”dan bildirildi ki, “Bankın hazırkı qaydalaraına əsasən 500-lük avro kiçik nominallı avrolara dəyişdirilmir”.
“AccessBank”, “Yapı Kredi Bank Azərbaycan” və “Unibank”dan isə 500-lük avronun daha aşağı nominallı avrolara çevrilməsinin mümkün olduğu bildirildi. “Yapı Kredi Bank Azərbaycan”da ərizə doldurmaq tələb olunur.
"PAŞA Bank" isə, 500 nominallı Avro əskinasların daha kiçik nominallara dəyişdirilməsi üçün 1% komissiya haqqı təyin edib.
FED.az-ın «Birja» xəbərlərini Azərbaycanın aparıcı investisiya şirkəti olan PSG-Kapital Investisiya şirkəti təqdim edir.