Azərbayxan hökuməti Fransa şirətlərini ölkədə istehsal müəssisələri və istehsal edilmiş məhsulların sərfəli şərtlərlə satışına dəvət edir. Bu fikirlər iyulun 29-da Maliyyə naziri Samir Şərifovun Bakı səfərdə olan Fransanın iqtisadiyat və maliyyə naziri Bruno Lö Merinin rəhbərlik etdiyi nümaynədə heyəti ilə görüşündə səslənib.
Qeyd edək ki, görüşdən əvvəl Fransalı nazir Prezident İlham Əliyev tərəfindən də qəbul edilib.
Görüşdə S.Şərifov xatırladıb ki, bir qədər əvvəl 60-dan çox fransız şirkəti Azərbaycanda səfərdə olaraq ölkə rəhbərliyi tərəfindən qəbul edilib və dövlət qurumlarında məhsuldar görüşlər keçirib.
Nazir qeyd edib ki, mütəmadi olaraq iclasları keçirilən Azərbaycan-Fransa hökumətlərarası İqtisadi Komissiyası da ölkələr arasında əlaqələrin genişlnməsinə dəstək verir. Təsadüfi deyil ki, Azərbaycan CƏnubi Qafqazda Fransanın ən böyük tərəfdaşıdır.
«Bu gün Azərbaycan-Fransa iqtisadi əməkdaşlığının əsas istiqamələrindən biri ticarətdir. Biz fransız şirətləri ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində və çoxşaxəli olmasında maraqlıyıq. Hnsab edirik ki, əməkdaşlığımız fransız şirətləri tərəfindən yalnız müxtilf təyinatlı mal və xidmətlərin tədarük edilməsi ilə məhdudlaşmamalıdır. Birbaşa investisiya qoymaqla Azərbaycada fransız lisenziyası, təcrübəsi və elmi-fikri əsasında istehsal sahələri yaradıla bilər».
Nazir bildirib ki, fransız şirkətləri Aərbaycanın təşviq imknalarından istifadə etməklə Fransa isthsalını Azərbaycana köçürə və istehsal edilən əmtəə və xidmətlərin region ölkələrinə mərfəli satışını buradan həyata keçirə bilərlər: «Bununla da biz fransız şirkətlərinə əlavə rəqaət imkanı yarada bilərik» .