2020-ci ildə Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 3,374 mlrd. ABŞ dollar təşkil edib. Bu göstərici 2019-cu il ilə müqayisədə 25,9% artıb.
Eləcə də bax: Son ayda bankların əhaliyə dollar satışı - 72% Artıb
FED.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının göstəricilərinə görə, təkcə 2020-c ilin dekabr ayında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd ABŞ dolları kütləsinin həcmi 239,212 dollar təşkil edib ki, bu da aylıq müqayisədə 71,9% çoxdur.
Bundan başqa, 2020-ci il ərzində ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 1,139 mlrd. dollar təşkil edib ki, bu da illik müqayisədə 37,7% azalıb. Təkcə dekabr ayında ölkə əhalisinin banklara satdığı nağd dollar kütləsinin ümumi həcmi 97,574 mln. dollara bərabər olub ki, bu da aylıq müqayisədə 7,4% çoxdur. (Apa)