Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” üzrə 250 mln. dollarlıq kredit müqaviləsi imzalayıb.
FED.az AİB-in yayadığı məlumata istinadən xəbər verir ki, müqaviləni iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov imzalayıb.
Proqramın əsas məqsədi dövlət sektorunda idarəetmənin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını təmin etməkdən ibarətdir. Proqramın həyata keçirilməsi ölkədə vergi-büdcə planlamasının təkmilləşdirilməsinə yardım edəcək.
Qeyd edək ki, AİB-in Direktorlar Şurası 2017-ci ilin dekabrında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 250 mln. dollar kreditin ayrılmasını təsdiq edib.