Azərbaycan Respublikası tərəfindən 2014-cü ilin mart ayında ölkə tarixində ilk dəfə olaraq 1 milyard 250, milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət qiymətli kağızları (avrobondlar) 4,75% dərəcəsi ilə 10 il müddətinə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmişdir.
Azərbaycanda dövlət müəssisələrinin büdcəyə borcu - 3%-Ə YAXIN AZALIB
Borc strategiyası çərçivəsində qarşıya qoyulan hədəflərə, xarici valyutada ifadə olunmuş borcun ümumi borc portfelində xüsusi çəkisinin azaldılmasını və müvafiq olaraq milli valyutada ifadə olunmuş borcun artırılması məqsədilə ötən il ərzində daxili maliyyə bazarlarında emissiya olunan dövlət istiqrazlarından əldə edilmiş vəsait hesabına Azərbaycan dövlətinin 2024-cü ildə geri qaytarılması nəzərdə tutulan 1 milyard 250 milyon ABŞ dolları məbləğində xarici valyuta nominallı dövlət istiqrazlarının (avrobondların) 350 milyon ABŞ dolları məbləğində hissəsi vaxtından əvvəl geri alınmışdır. Sözügedən avrobondun 900 milyon ABŞ dolları hissəsi isə 2024-cü ildə xarici investorlara geri ödənilməlidir
FED.az xəbər verir ki, bu, Hesablama Palatasının "2022-ci ilin dövlət büdcəsinin icrası haqqında" qanun layihəsinə və "2022-ci ilin dövlət büdcəsinin icrasına dair illik hesabata" verdiyi rəydə bildirilir.
"Hesabat ilində yerləşdirilmiş istiqrazlar hesabına dövlət büdcəsinə daxil olmuş vəsaitin 592 milyon manatı konvertasiya edilərək xarici dövlət borcunun əsas məbləğinin ödənilməsinə yönəldilmişdir. Bu istiqamət üzrə bəzi risklər hələ də aktual olaraq qalmaqdadır. Belə ki, xarici borc məbləğinin tərkibində dəyişkən faiz dərəcəli borcların xüsusi çəkisi 38,4%-dən 41,6%-ə yüksəlmiş, 5 ilə qədər geri qaytarılmalı borclar xarici borclar üzrə ən yüksək paya malik olmuş, dövlət istiqrazları üzrə orta ödəniş müddəti aşağı həddə olmuş (orta və qısamüddətli istiqrazlar 80,7% payla), dövlət istiqrazları üzrə təkrar bazar və REPO əməliyyatlarının həcmi azalmışdır",- Rəydə deyilir. (Marja)