Maliyyə

Avropada gənclərin çoxu - SAHİBKAR OLMAQ İSTƏYİR

Avropada gənclərin çoxu - SAHİBKAR OLMAQ İSTƏYİR | FED.az
09:31 16 Avq 2019

Avropada gənclərin əksəriyyəti iş qurub bizneslə məşğul olmaq arzusundadır. FED.az xəbər verir ki, Avropa İttifaqında maliyyə bazarlarının öyrənilməsi üzrə ixtisaslaşmış "Provident Penz" şirkəti 7 ölkədə: Litva, Çexiya, Macarıstan, Danimarka, Polşa, Rumıniya və İspaniyada sosioloji tədqiqat aparıb. Araşdırmaya görə, maliyyə xidmətləri sahəsində öz startap layihələrini istifadəyə verməyə, bu sahədə biznes fəaliyyətinə başlamağa hazır olan gənclər üçün iş seçimində yüksək əməkhaqqı və sərbəst iş saatları ən mühüm amillərdir.

18-25 yaşlarında 500 respondentin iştirak etdiyi sorğu nəticəsində məlum olub ki, gənclərin 70 faizi sahibkarlığı öz gələcək fəaliyyət sahəsi hesab edir. Respondentlərin 50 faizi şəxsi və ya korporativ maliyyə vəsaitlərinin idarə olunması üçün ixtisas təhsili almağı zəruri hesab edir.

Digər xəbərlər