“Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa edilmiş əlavə və dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası Maliyyə Nazirliyi və Vergilər Nazilriyinin Təddris Mərkəzinin birgə iştirakı ilə bütün sferaları əhatə edən ödənişsiz “Workshop”lara START verir.
FED.az xəbər verir ki, bu məqsədlə Sizi 27 İyul saat 16:00 da Maliyyə Nazirliyi yanında Elm – Tədris Mərkəzində (METM) keçiriləcək “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin ehtiva etdiyi nüanslarla bağlı qarşılıqlı fikir mübadiləsinə dəvət edirik.
Qanunda nəzərdə tutulan müddəaların müzakirəsi ilə bağlı verdiyiniz təkliflər fonunda “Workshop”ların ümumi istiqaməti və müzakirə predmeti formalaşdırılacaq və bu proses qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşdırılmasında baza rolunu oynayacaqdır.
ARPA Vergilər və Maliyyə Nazirliyi ilə birgə ödənişsiz “Workshop” keçirəcək - TARİX
15:39
18 İyul 2018