Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiyasıyası (ARPA) sığorta sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər üçün müvafiq sertifikasiya proqramlarının treyninq və seminarların təşkili üzrə Azərbaycan Sığortaçılar Assosiasiyası ilə (ASA) əməkdaşlıq sazişi imzaladı.
FED.az xəbər verir ki, sazişə əsasən sertifikasiya, treyninq və seminar proqramları ən qabaqcıl beynəlxalq təcrübədən və sertifikasiya proqramlarından istifadə olunaraq keyfiyyətli şəkildə təşkil olunacaq.
Sertifikasiya, treyninq və seminar proqramları beynəlxalq praktika ilə yanaşı daxili bazar tələblərini də nəzərə alacaq. İmtahanlar elektron test sistemi vasitəsi ilə keçiriləcək və qiymətləndiriləcək.
Qeyd edək ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox fərdi, 12 korporativ üzvü vardır.
ARPA ilə ASA arasında saziş imzalandı
15:20
11 İyun 2018