Azərbaycan Mühasiblər Risk Peşəkarları Assosiyasiyasında (ARPA) “Pul hərəkətləri hesabatı” mövzusunda seminar keçirib. Seminarın spikeri müstəqil ekspert Davud Məmmədov olub.
FED.az xəbər verir ki, iki saatlıq proqram çərçivəsində "Xalq Sığorta", "Azərbaycan Sənaye Sığorta", "Exspress Bank", "ATA Bank" və "Bank Avrasiya"nın əməkdaşları ilə pul hərəkətləri hesabatının quruluşu, hazırlanma metodları və hesabata dair beynəlxalq standartların tələbləri müzakirə olunub. Hesabatın şirkətin idarə olunması baxımından rəhbər işçilərə faydalı olması seminar zamanı xüsusi vurğulanıb. Həmçinin nümunə olaraq bir müəssisə üzərində pul hərəkətləri hesabatının hər iki metodla hazırlanmasının praktiki misalına da baxılıb.
Seminarın sonunda iştirakçılar ilə interaktiv formatda sual-cavab sessiyası keçirilib.
Qeyd etmək istərdik ki, ARPA ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilib. ARPA-nın 1000-dən çox fərdi və 12 korporativ üzvü var.
ARPA-da “Pul hərəkətləri hesabatı” mövzusunda seminar keçirilib
16:30
5 İyun 2018