2018-ci ilin dekabr ayının sonuna Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən alınan qızılın ümumi həcmi 50 min 953,3 kq təşkil edir. Bu barədə Fonddan məlumat verilib.
“2018-ci ilin sonuna ARDNF-nin investisiya portfeli strukturunda qızılın payı $2 mlrd. 93,09 mln. məbləğində 50 min 953,3 kq (1 mln. 638 min 186,3 troya unsiyası) təşkil edir”, - Fonddan bildiriblər.
“Fond qızıl külçələrə investisya yatırmaq məqsədilə həmçinin “AzerGold” ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır”, - Fonddan qeyd ediblər.
Vurğulanıb ki, qızıl alışı təqvim ili ərzində partiyalarla həyata keçiriləcək.
Xəbər verildiyi kimi, 2019-cu ildə Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ortaçəkili həcmi 67,4 mlrd. manata təşkil edəcək (cari məzənnə ilə$39,6 mlrd.).
Şərtlərə əsasən, 2019-cu il ərzində Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfeli (investisiya portfelinin məcmu dəyərinin 55 faizi;məcmu dəyərinin 55%-i; səhm (pay) portfeli – investisiya portfelinin məcmu dəyərinin maksimum 25%-i; daşınmaz əmlak portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədəri; qızıl portfeli –investisiya portfelinin məcmu dəyərinin 10%-ə qədərini təşkil etməlidir.
1999-cu ildə yaradılan ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən daxil olan gəlirlər toplanır.