“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti “Agri Space” MMC ilə 4 milyona yaxın iki müqavilə imzalayıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, “Aqrolizinq” ASC “Agri Space” MMC -ə mühərrik və sürtkü yağlarının, yuyucu maddə və ehtiyat hissələrinin satınalınması barəsində 1 375 844 manat və mineral gübrələrin satınalınması üçün 2 508 000 manat ödəməli olacaq.
Xatırladaq ki, “Agri Space” MMC müxtəlif təyinatlı kənd təsərrüfatı texnikalarının, alış dəyərinə 40% dövlət güzəşti tətbiq etməklə nağd və ya lizinq qaydasında satışı həyata keçirir. Bu texnikalar Cəmiyyətin Şirvan, Gəncə və Yevlax bazalarında cəmlənmişdir. “Agri Space” MMC şirkəti “Üstmak” firması məhsullarının Azərbaycanda rəsmi distributorudur.