“Aqrar Təchizat və Tədarük” ASC-nin (ATT) elan etdiyi kotirovka sorğularının qalibləri müəyyən olunub.
FED.az “Report”-a istinadən xəbər verir ki, qurum qaliblərlə ümumi dəyəri 30 208 manat olan müqavilə imzalayıb.
Məlumata görə, ATT-nin mayın 16-da nəzarət və barmaq izi cihazlarının satın alınması üzrə keçirdiyi sorğunun qalibi “DCTEK” MMC olub. Qurumun iyulun 24-də netto həcmi 646 litr olan 15 ədəd dərin doldurucuların satın alınması üzrə keçirdiyi müsabiqənin qalibi “ALTEN” MMC müəyyənləşib.
“DCTEK” MMC ilə 5 428 manatlıq, “ALTEN” MMC ilə isə 24 780 manatlıq satınalma müqaviləsi imzalanıb.