Qiymətləndirmələrə görə, inflyasiyanın formalaşmasında monetar amillərin payı 10%-dən də aşağıdır və inflyasiya təzyiqləri əsasən qiymətlərin formalaşmasında həlledici rol oynayan xarici amillər hesabına artmaqdadır.
Eləcə də bax: AMB inflyasiya proqnozlarını - AÇIQLAYIB
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankınının (AMB) açıqlamasında deyilir.
Lakin requltyator qeyd edir ki, başlıca balanslaşdırıcı rola malik olan məzənnə dayanıqlığı xarici mənşəli inflyasiyanı və gözləntiləri əhəmiyyətli dərəcədə neytrallaşdırmaqdadır. Beləliklə, monetar şəraitin inflyasiyaya balanslaşdırıcı təsirlərinin gücləndirilməsi pulun həm kəmiyyəti, həm də dəyəri vasitəsilə reallaşmaqdadır və ilin əvvəlindən pul bazası cəmi 5,1% artıb.
AMB bildirir ki, faktiki inflyasiyanın (noyabrda illik – 11,1%, ortaillik 6,2%) inflyasiya gözləntilərinə də təsir edir: "Yenilənmiş proqnozlara görə cari ildə orta illik inflyasiya 6,3-6,6%, illik inflyasiya isə 11,4-11,9% səviyyəsində gözlənilir. Baza proqnozuna görə inflyasiya prosesləri növbəti ilin birinci rübündən başlayaraq stabilləşəcək və ilin ikinci yarısından başlayaraq inflyasiya hədəf diapazonunun yuxarı həddinə doğru hərəkət edəcək".