Naxçıvan Muxtar Respublikasının yarım illik büdcəsi yarımçıq icra edilib.
FED.az biznes və maliyyə xəbərləri portalı Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, 2026-cı ilin 6 ayında Naxçıvan büdcəsinin gəlirləri gəlirləri 218,4 milyon manat, xərcləri isə 215,7 milyon manat təşkil edib.
Bu dövrdə büdcənin gəlirləri 224,0 milyon manat proqnoza qarşı 97,5 faiz, xərclər isə 244,4 milyon manat plana qarşı 88,3 faiz icra olunub.
Başqa sözlə, gəlirlər gözləniləndən 6 milyon manat, xərclər isə 30 milyon manat az olub.
Naxçıvandan verilən məlumata görə, bu 6 ayda Muxtar Respublikada vergi orqanlarının xətti ilə 112 milyon manat plana qarşı 118 milyon manat, gömrüyün xətti ilə 8,5 milyon manata qarşı 8,3 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətindən gözlənilən 1,5 milyon manata qarşı 1,2 milyon manat toplanıb.
Sair daxil olmalar isə 0,8 milyon manata qarşı 2 milyon manat olub.
Qeyd edək ki, Naxçıvan büdcəsinin gəlirlərində əsas yeri Azərbaycan hökuməti tərəfindən verilən dotasiya tutur – ilk yarım ildə Naxçıvana 100 milyon manat dotasiya verilməli olduğu halda, Maliyyə Nazirliyi cəmi 88 milyon manat – 12 milyon manat az vəsait ayırıb.
Qeyd edək ki, büdcənin gəlirlər hissəsinin digər mənbələrin hesabına 6 milyon manat artıq toplanıb, yəni bu hissə kompensasiya edilib, amma mərkəzi büdcədən 6 milyon manatın ödənilməməsinin səbəbi açıqlanmayıb.
Büdcənin gəlirlərindəki axsama özünü xərclərdə də göstərib – Naxçıvanda ilk 6 ayda büdcə 30 milyon manat və ya 12% az icra edilib. Xərclərin azalması bütün istiqamətlərdə özünü göstərib. Belə ki, ümumi dövlət xərclərinə 46 milyon manat əvəzinə 43 milyon manat, məhkəmə və hüquq mühafizə xərclərinə 45 milyon manat əvəzinə 41 milyon manat, təhsilə 80 milyon manat əvəzinə 76 milyon manat, mədəniyyət və incəsənədə 13 milyon manat əvəzinə 11 milyon manat xərclənib.
Bundan başqa, mənzil və kommunal təsərrüfata 8,2 milyon manat əvəzitnə 6,7 milyon manat, kənd təsərrüfatına 6 milyon manat əvəzinə 4.6 milyon manat, ətraf mühitə isə 6,6 milyon manat əvəzinə 5,7 milyon manat xərclənib.
Ən böyük azalma iqtisadi fəaliyyət xərclərində olub – bu istiqamətdə yarım ildə 12,8 milyon manat xərclənməsi nəzərdə tutulsa da, 6,4 milyon manat, yəni 2 dəfə az pul xərclənib.
Qeyd edək ki, iqtisadi fəaliyyət xərcləri əsasən dövlətin bölgəyə yatırımlarını nəzərdə tutur, adətən bölgədəki iqtisadi aktivlik daha çox bu yatırımlardan asılı olur. Həmin xərclərin yarıbayarı azalması Naxçıvan iqtisadiyyatı üçün xoşagəlməz haldır.
Digər sahələrə isə 14 milyon əvəzinə 10 milyon vəsait xərclənib.









![Maliyyə Nazirliyi Naxçıvana verilən dotasiyanı - [red]12 MİLYON MANAT AZALTDI – BÜDCƏ İCRA EDİLMƏDİ - RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/1227218.jpg)
![Maliyyə Nazirliyi Naxçıvana verilən dotasiyanı - [red]12 MİLYON MANAT AZALTDI – BÜDCƏ İCRA EDİLMƏDİ - RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/2172268.jpg)
![Maliyyə Nazirliyi Naxçıvana verilən dotasiyanı - [red]12 MİLYON MANAT AZALTDI – BÜDCƏ İCRA EDİLMƏDİ - RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/197746.jpg)
![Maliyyə Nazirliyi Naxçıvana verilən dotasiyanı - [red]12 MİLYON MANAT AZALTDI – BÜDCƏ İCRA EDİLMƏDİ - RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/1613072.jpg)
![Maliyyə Nazirliyi Naxçıvana verilən dotasiyanı - [red]12 MİLYON MANAT AZALTDI – BÜDCƏ İCRA EDİLMƏDİ - RƏQƏMLƏR[/red] | FED.az](upload/news/small/810464.jpg)









