“CFI Financial İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.
Azərbaycanda 3 BOKT-un vəzifəli şəxsləri cərimələnib
FED.az bu barədə Mərkəzi Banka (AMB) istinadən xəbər verir.
Məlumata görə, AMB tərəfindən şirkətdə aparılmış tematik yoxlama zamanı “İnvestisiya şirkətlərində korporativ idarəetmə Standartları”nın tələblərinə tam əməl edilmədiyi müəyyən olunub.
Aşkarlanmış pozuntu ilə əlaqədar investisiya şirkətinin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 416.0.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilib.












