2018-ci ildə tütün məmulatlarının və bir çox alkoqollu içkilərin idxalına aksiz yığımının həcmi təxminən üç dəfə artacaq. Artım idxal edilən malların fiziki həcminin artırılması hesabına olmayacaq. Bu barədə dövlət büdcəsi layihəsində bildirilir.
Gələn il etil spirti üzrə aksizlər 2017-ci ilə nisbətən 9 dəfə artaraq 10,1 mln manata çatacaq, deyə hökumət proqnozlaşdırır. Pivə idxalından aksizlər büdcəyə 12,7 mln manat - bu ilkindən 3,2 dəfə çox vəsait gətirəcək. Başqa spirtli içkilər üzrə aksiz mədaxili 90 mln manat - 2017-ci ildəkindən 50,7 mln manat və ya 2,3 dəfə çox olacaq. Ehtimal ki, hökumət idxal aksiz dərəcələrini ciddi şəkildə artırmağa hazırlaşır.
Neft məhsulları, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları və avtomobillərin aksizlərindən mədaxildə ciddi dəyişiklik olmayacaq. 2018-ci ildə idxal aksizlərinin həcmi 172 mln manat proqnozlaşdırılır. Bu, 2017-ci ildəkindən 82 mln manat və ya 1,9 dəfə çoxdur.
© Contact