Ötən il vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmələri azalıb. FED.az xəbər verir ki, bu barədə Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində məlumat verib.
Eləcə də bax: Əhali pulunu ehtiyatla xərcləyir – MƏRKƏZİ BANK
Rəydə bildirilir ki, vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıq ödəmə məbləği 01.01.2019-cu il tarixə ümumilikdə 2001221,6 min manat təşkil edib. Bu da 01.01.2018-ci il tarixinə olan göstəricidən 543665,8 min manat və ya 21,4% azdır. Eyni zamanda, bu məbləğin 94,3%-nin qeyri-neft sektoruna, 5,7%-nin isə neft sektoruna aid olduğu, əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalmanın 52,3% təşkil etdiyi vurğulanıb. Rəydə 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətli dərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabr aylarında isə artıq ödəmə məbləğinin artdığı göstərillib.
Azərbaycanda artıq ödənilən verginin həcmi - 2 MİLYARD MANATA DÜŞÜB
15:38
7 İyun 2019