Azərbaycan hökuməti 2020-ci ildə dolların manata nəzərən gözlənilən məzənnəsini açıqlayıb. FED.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı 2020-ci ilə üzrə «İlkin büdcə bəyanatı»nda bildirilir.
Sənəddə deyilir ki, «tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin cari ildəki kimi sabit qalacağını dəstəkləyəcəkdir.
Bu əsasda, 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olması proqnozlaşdırılır».
Qeyd edək ki, 2017-ci ilin əvvəlində Azərbaycanda dolların məzənnəsi 1,77 manat idi. 2017-ci ilin aprelindən etibarən dolların məzənnəsi 1,7 manat ətraflarında sabitləşib və 2018-ci ilin martından 1,7 manat olub. O vaxtdan indiyədək dolların məzənnəsi 1,700-dən dəyişməyib.