ABŞ-da 20 dollarlıq əskinasın üzərindən prezident Endryu Ceksonun şəklini götürüb, onu irqçiliyə qarşı mübarizə aparmış qara dərili qadın şəkli ilə əvəz edəcəklər.
FED.az xəbər verir ki, bununla bağlı qərar hələ Barak Obamanın vaxtında qəbul edilsə də Trampın vaxtında bu qərar təxirə salınmışdı.
Maliyyə Nazirliyinin planına əsasən 20 dollarlığın üzərindən ABŞ-ın 7-ci prezidenti Endryu Ceksonun şəkli götürüləcək. Ağ Evin mətbuat katibi Cen Psaki bildirib ki, prezidentin şəklinin yerinə əskinasın üzərində irçiliyə qarşı, qulların azadlığı uğrunda mübarizə aparmış qara dərili qadın Qarriet Tabmenin şəkli qoyulacaq.
Əgər bu baş tutsa, Tabmen son 100 ildə əskinasların üzərində şəkli vurulan ilk qadın olacaq.
Xatırladaq ki, bununla bağlı qərar hələ Barak Obamanın vaxtında qəbul edilmişdi, amma Trampın dövıründə bu məsələ 2028-ci ilədək təxirə salınmışdı. Co Bayden isə əskinasdakı şəklin dəyişdirilməsini yenidən qaldırıb.
Tabmen hələ 19-cu əsrdə quldarlığa qarşı mübarizə aparıb, o və həmfikirləri qulların qaçmasına və Şimal ştatlarına, oradan isə Kanadjaya keçməsinə köməklik göstəriblər. Tabmen 70 qulun azad edilməsində şəxsən iştirak edib.
Hazırda 20 dollarlığın üzərində şəkli olan prezident Endryu Cekson isə evində qul saxlayıb.
ABŞ-ın maliyyə naziri Canet Yellen də bu ideyanı dəstəkləyib.
Doğrudur, Tramp da bunun əleyhinə olmayıb, amma o təklif etmişdi ki, Qarriet Tabmenin şəkli 2 dollarlığın üzərinə vurulsun. Bu əskinas isə hətta ABŞ-ın özündə demək olar ki, az işlənmir.